AZ

Matəmə görə güləş üzrə Azərbaycan çempionatı 1 günlük təxirə salındı

Image

Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan itkisi ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib. Bu səbəbdən güləş üzrə Azərbaycan çempionatında 1 günlük təxirəsalma qərarı verilib. Bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib. 

Beləliklə, sərbəst güləş üzrə 57, 65, 74, 86 və 97 kq-da mübarizə dekabrın 27-də baş tutacaq. 61, 70, 79, 92 və 125 kq-da qaliblər isə dekabrın 28-də müəyyənləşəcək. Yarışın son iki gününün görüşləri də Bakı İdman Sarayında keçiriləcək.

İradə SARIYEVA






Seçilən
5
18
baki-xeber.com

10Mənbələr