AZ

Azərbaycan rəsmiləri Aktauda hadisə yerində olub, yaralılara baş çəkiblər -FOTO/VİDEO

Xəbər verildiyi kimi, Azərbaycanın hökumət rəsmiləri "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsinin qəzaya uğradığı Qazaxıstanın Aktau şəhərindədirlər.

 

Senzor.az bildirir ki, bunlar Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, , Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Baş prokurorun müavini, Səhiyyə nazirinin müavini, Dövlət Mülki Aviasiya Agentliyi direktorunun müavini, AZAL-ın vitse-prezidenti və digər aidiyyəti dövlət orqanlarının nümayəndələridirlər.  

Onlar Prezident İlham Əliyevin tapşırığı əsasında Aktauda yerli rəsmilərlə birlikdə qəza ilə bağlı araşdırma aparırlar.

 

Azərbaycanın dövlət rəsmiləri bu gün Aktauda təyyarənin qəzaya uğradığı yerə baxış keçiriblər.  

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və fövqəladə nallar naziri Kəmaləddin Heydərov sonra qəzaya uğrayan təyyarədən sağ çıxan və yaralanan Azərbaycan vətəndaşlarını ziyarət ediblər. Nazirlər Qazaxıstan xəstəxanalarında müalicə alan yaralıların səhhəti ilə maraqlanıblar. 

Onlar nazirlərə baş verənlər haqda danışıb, hadisənin videolarını izləyiblər.


Seçilən
0
1
senzor.az

10Mənbələr