Aktauda təyyarə qəzası nəticəsində xəsarət alan şəxslərin identifikasiyası üzrə iş aparılır.
Bunu jurnalistlərə açıqlamasında Manqustau regional xəstəxanasının Tibb xidmətinin keyfiyyəti departamentinin rəhbəri Janer Baymanova bildirib.
Onun sözlərinə görə, saat 12.07-dən başlayaraq aviaqəza nəticəsində xəsarət alan şəxslərin müalicə müəssisəsinə gətirilməsinə başlanıb. Xəstəxanaya gətirilən 27 xəstədən 11 nəfərinin vəziyyəti ağır qiymətləndirilir: "16 nəfər müxtəlif şöbələrə yerləşdirilib. Onlar neyrocərrahiyyə, cərrahiyyə və travmatologiya şöbələrindədir", - deyə o, bildirib.
Baymanovanın sözlərinə görə, zərərçəkənlərlə psixoloqlar da işləyir: "Zərərçəkənlərdən 14 nəfəri azərbaycanlıdır".
Mənbə: unikal.az