Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsində olan sərnişinlərdən birinin də adı məlum olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu, 1997-ci il təvəllüdlü Qoşqar Furudin oğlu Sadıqovdur.
O, Cəlilabad rayonu Mirzəli kənd sakinidir. Ailədə bir qardaş bir bacı olan Qoşqar subaydır və Qroznıda fəhlə kimi çalışırmış. Atası isə rayonda elektrik ustası kimi çalışırmış.
Xatırladaq ki, bu gün AzAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub. Qeyd edək ki, təyyarənin sərnişinlərindən 37-si Azərbaycan vətəndaşı olub. Onlardan 23-ü həlak olub.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta