AZ

Qazaxıstanın hökumət komissiyası toplandı, təyyarə qəzası müzarə olundu

Qazaxıstanda AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar yaradılmış hökumət komissiyasının iclası keçirilib.

Bu barədə Qazaxıstanın Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, toplantıda baş nazirin müavini Kanat Bozumbayev fövqəladə hallar, daxili işlər və səhiyyə nazirlərinin, eləcə də Mülki Aviasiya Komitəsi rəhbərinin məruzələrini dinləyib.

Baş nazirin müavini istintaq tədbirlərinin davam etdirilməsi ilə bağlı göstəriş verib.

K. Bozumbayev əlavə edib ki, fövqəladə vəziyyətin aradan qaldırılması üçün bütün tədbirlər görüləcək"

Seçilən
45
7
aznews.az

8Mənbələr