AZ

Dünya liderləri təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verdilər - YENİLƏNİB

Dünya liderləri AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verirlər.

Bizim.Media xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Serbiya Prezidenti Aleksandar Vuçiç, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Belarus Prezidenti Aleksandr Lukaşenko, İsrail Dövlətinin Prezidenti İsxak Hersoq, İran Prezidenti Məsud Pezeşkian, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Bolqarıstan Prezidenti Rumen Radev, Pakistanın Baş naziri Şahbaz Şərif, Prezident Asif Əli Zərdari, Qətər Dövlətinin Əmiri şeyx Təmim bin Həməd Al Tani, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed Əl-Nəhyan, Baş naziri Məhəmməd ibn Rəşid əl-Məktum, Bosniya və Herseqovinanın Serbska Respublikasının Prezidenti Milorad Dodik, Türk Dövlətləri Təşkilatı, Kuba Prezidenti Migel Dias-Kanel, Portuqaliya Prezidenti Marselo Rebelo de Souza, Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov, Maldiv Respublikasının vitse-prezidenti Hüseyn Məhəmməd Lətif, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç, Albaniyanın Baş naziri Edi Rama, həmçinin Səudiyyə Ərəbistanı və Misir hökumətləri, bir sıra dövlət və hökumət rəsmiləri, bir sıra ölkələrin Xarici İşlər nazirlikləri, dost dövlətlərin parlament sədrləri, həmçinin Azərbaycandakı səfirlikləri, beynəlxalq təşkilatların nümayəndələri təyyarə qəzası nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralıların tezliklə sağalmalarını diləyiblər.

*** 15:00

Dünya liderləri AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verirlər.

Bizim.Media xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Serbiya Prezidenti Aleksandar Vuçiç, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Belarus Prezidenti Aleksandr Lukaşenko, İran Prezidenti Məsud Pezeşkian, Pakistanın Baş naziri Şahbaz Şərif, Türk Dövlətləri Təşkilatı, Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov, bir sıra dövlətlərin və hökumətlərin rəsmiləri, xarici ölkələrin Xarici İşlər nazirlikləri, həmçinin Azərbaycandakı səfirlikləri, beynəlxalq təşkilatların təyyarə qəzası nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.

Liderlər, eyni zamanda yaralıların tezliklə sağalmalarını diləyiblər.

Bizim.Media

Seçilən
2
5
bizim.media

10Mənbələr