AZ

Bayramqabağı quş əti qiymətləri necədir?

Yeni İl bayramı münasibəti ilə bir çox quş ətində bahalaşma müşahid olunur.

Milli.Az xəbər verir ki, qiymət fərqi quşun növünə, çəkisinə və satıcının satdığı qiymətə görə dəyişir. Satıcılar keçən ilə nisbətən bu il quş ətinin ucuzlaşdığını bildiriblər. 

Erkək hinduşqalar 14-16 manat, dişi hinduşqalar isə 18-20 manat arası dəyişir. Qaz, ördək isə 13-14 manatdır. Tələbat daha çox təmizlənən məhsullaradır. Alıcılar da qiymətlərdən razılıq edirlər. 

Bölgələrdə isə vəziyyət qazlar 30-35, hinduşqalar 25 manata təklif olunub. Bölgə satıcıları isə məhsulun bahalaşdığın deyirlər. 

Bu quşlar təkcə bazarlarda yox həmçinin yol kənarlarında da satılır. Dişi hinduşqanın əti yağlı olduğu üçün o daha baha hesab olunur.

Aysel Əkbər

Milli.Az 

Seçilən
3
1
milli.az

10Mənbələr