AZ

Qazaxıstanda təyyarə qəzasında həlak olan 20 yaşlı gənc Çeçenistana istirahətə gedirmiş

Qazaxıstanda qəzaya uğrayan təyyarədəki sərnişinlərdən biri əslən Balakən rayonundan olan və Sumqayıt şəhərində yaşayan Mahmud Tütünçüyev olub.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, 20 yaşlı gənc Çeçenistana istirahətə gedirmiş.

M.Tütünçüyev qəza zamanı həlak olub.

Evin tək övladı idi.

Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb. Hadisə ilə bağlı Azərbaycanda dekabrın 26-sı matəm günü elan edilib.

Seçilən
6
3
nocomment.az

4Mənbələr