AZ

“Embraer” AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib

"Embraer" şirkəti "Azərbaycan Hava Yolları" QSC-yə məxsus təyyarənin Aktau şəhərində qəzaya uğraması nəticəsində çox sayda insanın ölməsi ilə bağlı başsağlığı verib.

Day.Az xəbər verir ki, bu barədə şirkətin bəyanatında deyilir.

"Bu gün Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Embraer 190" təyyarəsinin qəzaya uğraması bizi dərindən kədərləndirdi. Bu hadisənin qurbanlarının ailələrinə, dostlarına, həmkarlarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Biz vəziyyəti yaxından izləyirik və müvafiq orqanlara dəstək verməyə hazırıq", - şirkətin bəyanatında deyilir.

Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.

"İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub", - deyə Nazirliyin məlumatında bildirilir.

AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Seçilən
8
10
day.az

10Mənbələr