AZ

Qanda xolesterini kəllə-çarx edir, təzyiq və insult yaradır - Bildiyinizdən daha zərərli imiş

Xolesterol səviyyəsinin normada saxlanması sağlamlığın qorunmasında vacibdir, çünki yüksək səviyyədə pis xolesterol (LDL) bir çox xəstəliklərin yaranmasına səbəb ola bilər. Balanslı qidalanma və sağlam həyat tərzi riski azalda bilər.

Day.Az e-saglam.az-a istinadən xəbər verir ki, xolesterol hüceyrələrin quruluşunda iştirak edir, hormonların, D vitamininin və öd turşusunun yaranması üçün vacibdir. Ancaq yüksək səviyyədə xolesterol damarlarda lövhə toplanmasına (ateroskleroz) və ürək-damar xəstəliklərinə səbəb ola bilər.

Yüksək xolesterolun nəticələri

Yüksək xolesterol hipertoniya, infarkt və insult kimi problemlərə yol açır. Simptomlar aşağıdakı kimidir:

- Sinə və ayaqlarda ağrı, qarışqa gəzmə hissi

- Göz ətrafında yağ yığıntıları

- Başgicəllənmə, yorğunluq, nəfəs darlığı

- Dərinin solğunlaşması

Xolesterolun yüksəlmə səbəbləri

Xolesterol qaraciyər tərəfindən istehsal olunsa da, heyvansal qidalar vasitəsilə də qəbul edilir. Əsas səbəblər:

- Hərəkətsiz həyat tərzi

- Piylənmə və artıq çəki

- Trans yağlarla zəngin qidalar

- Ailəvi xəstəliklər

- Şəkərli diabet, tiroid pozğunluğu, böyrək və qaraciyər xəstəlikləri

Xolesterol səviyyəsini artıran qidalar

Aşağıdakı qidaların həddindən artıq istifadəsi xolesterol səviyyəsini artırır, necə deyərlər kəllə-çarx edir:

- Qırmızı ət, yağlı süd məhsulları

- Mayonez, marqarin, yağda qızarmış yeməklər

- Hazır salat sousları, un məmulatları, şirniyyatlar

- Palma və hindistan qozu yağı

Nə etməli?

Xolesterol səviyyəsini normada saxlamaq üçün bu qidaların istehlakını məhdudlaşdırmalı, balanslı qidalanmalı və mütəmadi fiziki aktivliklə məşğul olmalısınız.

Seçilən
1
1
day.az

2Mənbələr