AZ

"Rosaviasiya" təyyarənin qəza səbəbi BARƏDƏ YENI DETALLAR AÇIQLAYIB

AZAL təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı Rusiya Federal Hava Nəqliyyatı Agentliyi "Rosaviasiya" rəsmi məlumat yayıb.

 

Azia.az bloqu oxu.az-a istinadən xəbər verir ki, məlumatda bildirilir:

 

"Bu gün Moskva vaxtı ilə saat 09:30 radələrində Xəzər dənizinin şərq sahili ərazisində Qazaxıstanın Aktau hava limanına eniş edərkən Azərbaycanın AZAL aviaşirkətinə məxsus "Embraer 190" təyyarəsi yerə çırpılıb. Təyyarə Bakıdan Qroznıya reys həyata keçirib. 

İlkin versiya ondan ibarətdir ki, quş sürüsü ilə toqquşmadan sonra təyyarənin göyərtəsində yaranan fövqəladə vəziyyətə görə, nəqliyyat vasitəsinin kapitanı alternativ aerodroma uçmaq qərarına gəlib. Alternativ aerodrom kimi Aktau seçilib.

 

Axtarış-xilasetmə işlərini Qazaxıstan Respublikasının əməliyyat xidmətləri həyata keçirir.

 

"Rosaviasiya" Azərbaycan və Qazaxıstanın aviasiya hakimiyyətləri ilə əlaqə saxlayır".


Seçilən
20
35
azia.az

10Mənbələr