AZ

Təyyarə qəzasında taleyi naməlum olan 27 yaşlı azərbaycanlı - Qroznıda fəhlə işləyirmiş

Təyyarə qəzasında taleyi naməlum olan 27 yaşlı azərbaycanlı - Qroznıda fəhlə işləyirmiş

Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na məxsus təyyarədəki sərnişinlərdən birinin Cəlilabad rayon sakini olduğu məlum olub.


O, 1997-ci il təvəllüdlü Qoşqar Firidun oğlu Sadıqovdur.

Q.Sadıqov rayonun Mirzəli kənd sakinidir. O, Qroznıda fəhlə kimi çalışırmış.

Onun yaralanması və ya həlak olması ilə bağlı hələlik məlumat yoxdur.

Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb. Hadisə ilə bağlı Azərbaycanda dekabrın 26-sı matəm günü elan edilib.

Seçilən
10
28
qlobal.net

10Mənbələr