AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsindən sağ çıxan Zaqatala sakininin xəstəxanadan videosu yayılıb.
Medianews.az oxu.az-a istinadla xəbər verir ki, “Telegram”da dərc edilən videoda o, qəzadan sonra baş verənlər barədə danışıb.
“Təyyarədən ilk çıxdığımda onun yarısının harada olduğunu soruşdum. 200-300 metr məsafədə təyyarənin arxa hissəsini göstərdilər. O yanırdı. Dedilər ki, orada olanların hamısı artıq həlak olub”, – deyə yaralı şəxs bildirib.