AZ

Kolumbiyada güclü zəlzələ olub

Bakı, TurkicWorld

Kolumbiyanın şimalında 6,2 bal gücündə zəlzələ qeydə alınıb.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat verib.

Zəlzələnin episentri Kaukasiya şəhərindən 76 km cənubda və 70 km dərinlikdə yerləşib.

Episentrdə zəlzələnin intensivliyinə əsasən, zəlzələ "güclü" kimi qiymətləndirilir.

ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 5 bal olaraq qiymətləndirib.

Seçilən
1
2
turkic.world

5Mənbələr