AZ

Antonio Quterreş təyyarə qəzası ilə bağlı başsağlığı verib

BMT-nin Baş katibi Antonio Quterreş Qazaxıstanda Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Bunu “Report”un ABŞ bürosuna açıqlamasında Baş katibin sözçüsünün müavini Stefani Tremblay deyib.

“Baş katibi Qazaxıstanın qərbində bir çox insanın, o cümlədən Azərbaycan, Qazaxıstan və Rusiya vətəndaşlarının həyatına son qoyan təyyarə qəzası xəbəri dərindən kədərləndirib. Baş katib həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir. Baş katib, həmçinin bu faciəvi hadisədə yaralananların tez və tam sağalmasını arzulayır”, - deyə bəyanatda vurğulanıb.

Dekabrın 25-də “Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Məlumata görə, sərnişinlərin 29-u sağdır.

Seçilən
4
8
qaziler.az

10Mənbələr