AZ

Qazaxıstanlı həkimdən yaralananların vəziyyəti barədə AÇIQLAMA - VİDEO

"12:00-dan sonra xəstəxanamıza təyyarə qəzasında yaralanan 27 nəfər daxil olub. Onların 14-ü Azərbaycan vətəndaşlarıdır".

Olaylar.az xəbər verir ki, bunu Azərbaycan Televiziyasına təyyarə qəzası nəticəsində xəsarət alanların müalicə olunduğu Manqistau vilayət xəstəxanasının şöbə müdiri Janan Bayramova bildirib.

Onun sözlərinə görə, 27 nəfərdən 11-i Ümumi Reanimasiya Mərkəzinə aparılıb. "Onların vəziyyəti ağır və həddən artıq ağırdır. Həmin xəstələrə reanimatoloqlar, cərrahlar, travmotoloqlar və neyrocərrahlar nəzarət edirlər", - deyə həkim qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
2
5
olaylar.az

6Mənbələr