AZ

Təyyarə qəzasında həlak olanlardan 7-nin şəxsiyyəti müəyyənləşdi – RƏSMİ

Təyyarə qəzasında həlak olanlardan 7 nəfərin şəxsiyyəti müəyyənləşib.

Heftelik.az-ın xəbərinə görə, bu barədə APA-ya Qazaxıstan Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd edək ki, 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb. Təyyarənin sərnişinlərindən 37-si Azərbaycan (23-ü həlak olub), 16-sı Rusiya (7-si həlak olub), 6-sı Qazaxıstan (hamısı həlak olub), 3-ü Qırğızıstan vətəndaşı (hamısı sağ qalıb) olub. 5 ekipaj üzvündən isə 2-si həlak olub, 3-ü sağ qalıb.

Seçilən
15
heftelik.az

1Mənbələr