AZ

Məqsədli cinayət, yoxsa yanlış qərar? – TƏYYARƏ OLAYINDA MÜMKÜN VERSİYALAR + FOTO

“Bəzi dostlarımız deyir ki, təyyarəni Rusiya vurub. Mən bunu ciddi söhbət hesab etmirəm. Niyə? Çünki Azərbaycan Rusiyanın az-çox xoş münasibətdə olduğu ölkədir. Rusiya nədən belə bir addım atsın ki? Özü də Prezident İlham Əliyev Sankt-Peterburqa təyyarə ilə çata-çatda olduğu bir məqamda. Xəbər gələn kimi də prezidentin təyyarəsi elə havada ikən geri dönüb. Rusiya versiyasında məntiq yoxdur”.

Medianews.az xəbər verir ki, bu barədə Sürixdə yaşayan azərbaycanlı siyasi şərhçi Elbəyi Həsənli bildirib.

O qeyd edib ki, yanlış olaraq Rusiya Azərbaycan təyyarəsini vura bilər.

Məqsədli cinayət, yoxsa yanlış qərar? - <span style=color:red>TƏYYARƏ OLAYINDA MÜMKÜN VERSİYALAR + FOTO

Siyasi şərhçinin qənaətincə, Ukraynanın dron hücumlarından başını itirən Rusiyanın belə bir səhvə yol verməsi daha inandırıcı versiyadır: “Xatırlayırsınızsa, “Ukraynanın Beynəlxalq hava yolları”na məxsus “Boeing 737-800” 8 yanvar 2020-ci ildə səhər saatlarında Tehrandan səmaya qalxdıqdan az sonra vuruldu. Nəticədə 176 nəfər həlak oldu. Az sonra İran rəsmən etiraf etdi ki, “təyyarə hava hücumuna qarşı müdafiənin bölməsi tərəfindən səhvən düşmən hədəfi kimi qəbul edilib və ona qarşı iki raket buraxılıb”. Yəni, Ukraynanın dron hücumlarından başını itirən Rusiya da belə bir səhvə yol verə bilər. Şəxsən mən bu versiyanı ən ağlabatan hesab edirəm. Ancaq Rusiya öz səhvini etiraf edərmi? Buna inanmaq çətindir”.

Məqsədli cinayət, yoxsa yanlış qərar? - <span style=color:red>TƏYYARƏ OLAYINDA MÜMKÜN VERSİYALAR + FOTO

E.Həsənli xatırladıb ki, 20 sentyabr 2023-cü ildə Qarabağda yerləşən Canyataq kəndi yaxınlığında Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinin hücumu nəticəsində səhvən beş Rusiya sülhməramlısı həlak olub: “Bu, köhnə söhbətdir. Amma o vaxt Azərbaycan Prezident səviyyəsindən bu səhvə görə üzrxahlıq etdi. Bu, Rusiya tərəfindən anlayışla qarşılandı. Çünki Rusiya dəqiq bilirdi ki, bu ölümlər həqiqətdən də yanlış bir qərardan qaynaqlanıb. Ola bilər ki, Rusiya da təyyarə məsələsində həqiqətən də yanlışa yol verib. Bir daha deyim ki, bu, sadəcə ehtimaldır. Ancaq həqiqət əmsalı çox yüksək olan ehtimaldır. Bəzən o da iddia edilir ki, Türkiyə-Azərbaycan-Ermənistan anlaşmaya nail olub. Rusiya Zəngəzur dəhlizindən kənarda qalıb. Ona görə də Rusiya belə bir cinayətə məqsədli şəkildə əl atıb. Ola bilər, ağlabatan söhbətdir. Ancaq bu da ehtimaldır”.

Turan ORUC

Seçilən
9
1
medianews.az

2Mənbələr