1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Azərbaycan Hava Yollarının təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasından sonra Prezident İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) tibbi xidmətinin, xilasetmə qüvvələrinin əməkdaşları xüsusi texnikalarla hadisə yerində fəaliyyət göstərirlər.
Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri hadisə yerinə ezam olunmuş jurnalistlərə açıqlamasında FHN-in tibbi xidmətinin həkimi Nigar Pənahova bildirib.
Onun sözlərinə görə, tibbi xidmətin tərkibində olan psixoloq qrupu zərərçəkmişlərlə görüşüb, onlara psixoloji xidmət göstərib. "Ümumi olaraq 29 nəfər zərərçəkmiş var. 27 nəfər Mangistau regional xəstəxanasına yerləşdirilib. İki uşaq isə başqa xəstəxanaya aparılıb. Xəstələrdən üçünün vəziyyəti ağır qiymətləndirilir", - deyə o bildirib.
N.Pənahova qeyd edib ki, vəziyyəti normal olan xəstələrin yaxın zamanda Bakıya köçürülməsi gözlənilir.