AZ

Təyyarənin sağ qalan sərnişini danışdı: “Dedilər ki, orada olanların hamısı öldü” - VİDEO

“Təyyarə qəzaya uğradı. Təyyarədə neçə nəfərin olduğunu bilmirəm. Məni özləri yaralı olan digər sərnişinlər çıxartdılar. Təyyarənin digər hissəsinin harada olduğunu soruşdum. Mənə dedilər ki, o, uzaqdadır, təxminən 200-300 metr aralıdadır. Dedilər ki, orada olanların hamısı öldü. Təyyarənin yarısı tamamilə yanıb”.

“Сebhenfo.az” xəbər verir ki, bunu dünən Aktauda qəzaya uğrayan təyyarədən sağ çıxan sərnişinlərdin biri  “Orda.kz” müxbiri ilə söhbətində deyib.

Sərnişinlər arasında yanında oturan həyat yoldaşı da var idi:

“Təyyarə yerə çırpılanda həyat yoldaşım yanımda idi. Həmin andan sonra mən onu görmədim və harada olduğunu da bilmirəm”.

Xəstəxanada olan Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev tibb işçilərinə ciddi göstəriş verib:

“Hələlik yüngül xəsarət alanlara toxunmayın. Bəlkə qan laxtası və ya başqa bir komplikasiya ola bilər. Qoy mütəxəssislər onları araşdırsın. Danışa bilən hər kəs artıq yaxınları ilə əlaqə saxlayıb”.

Ölənlərin kimliyini müəyyən etmək üçün ekspertiza təyin edilib. 

Cəsədlərin bəziləri yanıb, bu da şəxsiyyətin müəyyən edilməsi prosedurunu çətinləşdirir. Təyyarədə 37-si Azərbaycan, altısı Qazaxıstan vətəndaşı olmaqla 69 nəfər olub. 

Seçilən
6
cebheinfo.az

1Mənbələr