Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2024/2025-ci illər mövsümünün 8-ci turunun oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, “Olimpik Star”da baş tutacaq görüşlərdən əvvəl Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar 1 dəqiqəlik sükut elan olunacaq.
Turun bütün görüşləri eyni günə təsadüf edəcək.
Yüksək Liqa
8-ci tur
26 dekabr
“Araz-Naxçıvan” – “Şuşa”
Hakimlər: Hikmət Qafarlı, Hidayət Feyzullayev, Kənan Məlikov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “Olimpik Star”. Saat 14:00.
“Neftçi” İK – “Yasamal Bakı”
Hakimlər: Əli Cəbrayılov, İmran Məhərrəmov, Hacıəli Ağayev.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı. “Olimpik Star”. Saat 16:00.
“Baku Fire” – U-19
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Anar Fərəcov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı. “Olimpik Star”. Saat 18:00.