Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan sərnişinlər və ekipaj üzvlərinin xatirəsi anılır.
AzEdu.az APA-ya istinadən xəbər verir ki, bununla əlaqədar hava limanında quraşdırılmış lövhənin önünə gül dəstələri düzülür.
Vətəndaşlar təyyarə qəzasında həlak olanları ehtiramla yad edirlər.