AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya düşməsi nəticəsində çoxsaylı insan itkisinə görə Azərbaycanda matəm günüdür. SİA xəbər verir ki, təyyarə qəzasında həlak olanların xatirəsi Naxçıvan Muxtar Respublikasında saat 12:00-da bir dəqiqəlik sükutla anılıb.
Ölkənin bütün ərazisində olduğu kimi, Naxçıvanda da nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayandırılıb, avtomobillərdən səs siqnalları verilib. Hüzn əlaməti olaraq dövlət bayraqları endirilib.