AZ

Qazaxıstanın baş naziri Azərbaycan səfirliyinə getdi

Qazaxıstanın baş naziri Oljas Bektenov Azərbaycanın Astanadakı səfirliyində olub.

Avtosfer.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı yazıb. 

Hökumət başçısı "Azərbaycan Hava Yollarına" məxsus "Embraer 190" təyyarəsinin qəzaya uğraması ilə əlaqədar açılan başsağlığı kitabında qeyd qoyub. 

"Bu çətin anda Qazaxıstan hökuməti və öz adımdan həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm. Mən bu əvəzolunmaz kədərə şərikəm və qəza qurbanlarının tezliklə sağalmasını, Azərbaycan xalqına səbr və dözümlülük arzulayıram. Biz qardaş Azərbaycana lazımi kömək və dəstək göstərəcəyik", - deyə Bektenov yazıb.

Baş nazir bir müddət əvvəl həlak olan Qazaxıstan vətəndaşlarının yaxınlarına başsağlığı verib və yaralanan Azərbaycan, Rusiya və Qırğızıstan vətəndaşlarına hərtərəfli dəstək göstərilməsini tapşırıb. 

Seçilən
0
2
avtosfer.az

3Mənbələr