İranın “Aseman Airlines” şirkətinə məxsus və ekipaj heyəti bütünlüklə qadın olan təyyarə dekabrın 22-də Məşhəd hava limanına eniş edib.
Herbiand.az bildirir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.
Məlumata görə, təyyarədə ekipajdan əlavə 110 qadın sərnişin olub. Təyyarəni İranın ilk qadın pilotu olan Şarzad Şəms idarə edib.
Uçuş Analar Gününü qeyd etmək üçün planlaşdırılıb.
Bəxtiyar CƏFƏRLİ