Tramp: "Ölkəmizin talanması dərhal dayandırılmalıdır. Əgər bizim xoşməramlı jestimizin hüquqi və mənəvi prinsiplərinə (K.C: öhdəliyinə) riayət olunmasa, bu təqdirdə Panama kanalı bizə qayıtmalı olacaq".
Tramp Panamanı faktiki olaraq işğalla hədələyib və səbəb kimi:
-Panamanın "qudurması"nı;
-Çinlə işbirliyini;
-ABŞ-a məxsus ticarət gəmilərindən üçün aşırı yüksək vergilərin alınmasını qeyd edib.
Panama kanalı iqtisadi nöqteyi-nəzərdən meqa-vacib bir kanaldır və gəmilərin Atlantik okeanından Sakit okeana(və əksinə) yolunu əhəmiyyətli dərəcədə qısaldır.
Problemin mahiyyətinə baxmaq üçün tarixə nəzər salmalıyıq.
1903-cü ilin yanvarında ABŞ və Kolumbiya arasında Panama kanalının keçdiyi ərazinin ABŞ-a 100 il müddətinə icarəsi imzalandı. Müqaviləyə görə ABŞ Kolumbiyaya 10 milyon dollar birdəfəlik və hər il 250 min dollar ödəməliydi, Panama kanalı isə Kolumbiya dövlətinin yurisdiksiyasında qalırdı. O zaman Kolumbiyanın daxilində vətəndaş müharibəsi gedirdi və Kolumbiya parlamenti həmin müqaviləni ratifikasiya etmədi. Eyni zamanda Kolumbiyanın ərazisində ABŞ-ın dəstəyilə Panama dövləti yarandı və 1903-cü ilin noyabrında yeni yaranmış Panama dövləti və ABŞ arasında Panama kanalının ABŞ-ın icarəsinə yox, tam yurisdiksiyasına verilməsini nəzərdə tutan müqavilə imzalandı.
Panamalılar həmin kanalın nə dərəcədə böyük əhəmiyyətə malik olduğunu anladılar və fərqli tarixlərdə ölkənin daxilində kanalın Panama dövlətinin yurisdiksiyasına keçməsi məsələsi gündəmə gəlirdi.
1968-ci ildə Panamada hərbi çevriliş baş verir və dövlətin başına faktiki olaraq general Omar Torrixos gəlir. Ölkədə bir sıra islahatlara başlamış Torrixos bəyan etmişdi ki, həyatının əsas məqsədi Panama kanalının Panama dövlətinin yurisdiksiyasına keçməsidir. ABŞ Vyetnamda məğlibiyyətindən ilhamlanaraq Torrixos ABŞ-ı, artilleriya ilə kanalın fəaliyyətini dayandırmaqla hədələməyə başladı. Başqa sözlərlə Torrixos Panama üçün ən əlverişli məqam seçdi və 1977-ci ildə Pentaqon və MKİ-nin fikirlərinə zidd olaraq Prezident Karter Torrixosun şərtlərini qəbul edərək müqavilə imzalayır. Karter bildirirdi ki, SSRİ regionda sürətlə güclənir və onun güclənməsinin qarşısını almaq üçün, ABŞ-ın region dövlətlərinə güzəştlərin edilməsi zəruridir. 1999-cu ildə kanal Panama dövlətinin yurisdiksiyasına keçdi.
Kamran Cəfərov
visiontv.az