Təyyarə qəzasında həlak olan Hökümə Əliyevanın nəşi vətənə bu gün gətiriləcək.
Bizim.Media xəbər verir ki, bunu junalistlərə açıqlamasında təyyarə qəzasında həlak olan Hökümənin xalası qızı Aysel Abdullayeva deyib.
O bildirib ki, bu barədə Hökümənin qardaşına məlumat veriblər.
"Bildiriblər ki, bu gün meyiti Qazaxıstandan gətirilərək, ailəsinə təhvil veriləcək. Son dəfə dünən səhər saatlarında Höküməyə neçə dəfə zəng etdim, cavab vermədi", - deyə o qeyd edib.
Xatırladaq ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Son məlumata görə, qəza nəticəsində 26 vətəndaşımız həyatını itirib, 16 Azərbaycan vətəndaşı isə sağ qalıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta