AZ

Aktaudakı qəzada həlak olan pilotun müəllimi: "Həmişə atasının peşəsini davam etdirmək istəyib"

25 dekabr tarixində AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması nəticəsində həlak olanlardan biri də pilot Aleksandr Kalyaninovdur. O, Bakı Avropa Liseyinin məzunu olub.

Paralel.az xəbər verir ki, Modern.az Aleksandr Kalyaninovun müəllimi olmuş Bakı Avropa Liseyinin direktor müavini Səbinə Bayramova ilə söhbətləşib.

Səbinə Bayramova bildirib ki, 5-ci sinifdən 11-ci sinfə qədər Aleksandrın həm müəllimi, həm də sinif rəhbəri olub:

"O, çox ağıllı, savadlı, dürüst şagird idi. Həmişə hamıya kömək etməyə çalışır, dərslərini yaxşı oxuyurdu. Milliyətcə azərbaycanlı olmasa da, Azərbaycan dilində və bir neçə xarici dildə sərbəst danışırdı. Bu da ona Türkiyədə universitetə daxil olmağa və təhsil almağına kömək etmişdi. Aleksandr bilirdi ki, Türkiyədə çox böyük uğurlar qazanıb. O, ingilis dilini çox yüksək səviyyədə bildiyi üçün oxuduğu universitetdən Bakı Avropa Liseyinə həmişə təşəkkür məktubları gəlirdi".

S.Bayramova qeyd edib ki, Aleksandr pilot olmağı uşaqlıqdan arzu edirmiş:

"Onun atası da pilot olub. Aleksandr da uşaqlıqdan arzu edib ki, pilot olsun. O həmişə səmada atasının peşəsini davam etdirmək istəyib. Keçmiş şagirdimizin həlak olması onun müəllimləri və sinif yoldaşları üçün ağır və gözlənilməz hadisədir. Hamımız onu ürəkdən sevmişik. Aleksandr həmişə dostları ilə yaxşı münasibət saxlayır, əlaqəni kəsmir, görüşürdülər".

Seçilən
5
14
paralel.az

10Mənbələr