Xalq artisti Tünzalə Ağayeva ötən gün baş verən dəhşətli təyyarə qəzası ilə bağlı paylaşım edib.
Publika.az xəbər verir ki, müğənni, şəxsi “İnstagram” hesabında yayımladığı videoda başsağlığı verib.
O, paylaşımında bu sözləri qeyd edib: “Dostlar, bir daha başımız sağ olsun. Təyyarə qəzasında həlak olan bacı qardaşlarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyirəm. Özümə borc bildim “Azal” şirkətinin pilotlarına, stüardlarına təşəkkürümü bildirim. Çünki onların etdiyi iş sadəcə bir peşə deyil. Yüksək peşəkarlıq istəyən və böyük məsuliyyət tələb edən edən bir məsləkdir. Onlar hər an səmada məhz bizim təhlükəsizliyimizə cavabdeh olurlar. Allah sizin yardımcınız olsun. Bir daha başımız sağ olsun, Allah millətimizi qorusun”.