AZ

Sosial yardım nə qədər artacaq? -Prezident təsdiqlədi

"Azərbaycan Prezidenti 2025-ci il üçün ehtiyac meyarı həddini təsdiq edib. Gələn ildən etibarən ehtiyac meyarı 270 manatdan 285 manata çatdırılacaq".

Valyuta.az xəbər verir ki, bu barədə iqtisadçı deputat Vüqar Bayramov "Facebook" hesabında paylaşım edib.

O bildirib ki, yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımdan vacibdir:

"Bu kontekstdən ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin gələn ildən artmasına səbəb olacaq. Eyni zamanda, ehtiyac meyarı artırıldığı üçün daha çox ailə ünvanlı sosial yardıma müraciət edə biləcək.

Aydınlıq üçün: ailənin 5 üzvü var və həmin ailənin rəsmi aylıq gəliri 900 manatdır. Bu il həmin ailə üçün 1350 manat (5 nəfər X 270 manat) ehtiyac meyarı, yəni xərc hesablanır. Bu zaman ailənin xərci ilə gəliri arasındakı fərq 450 manat (1350 manat- 900 manat) olur. Həmin ailənin ünvanlı sosial yardıma müraciət hüququ olduğu halda o proqram çərçivəsində ayda dövlətdən 450 manat yardım ala bilir".

Deputat qeyd edib ki, bu rəqəm gələn ildən artacaq.

"Belə ki, həmin ailə üçün ehtiyac meyar gələn ildən 1425 manata yüksəlir (5 nəfər X 285 manat) və nəticədə həmin ailənin gəliri dəyişmədiyi halda aldığı aylıq yardım 450 manat deyil, 525 manat (1425 manat- 900 manat) olur. Bu artım sosial qayğıya ehtiyacı olan ailələrin daha yaxından dəstəklənməsinə xidmət edir".

Seçilən
7
49
valyuta.az

10Mənbələr