Portuqaliyanın "Sportinq" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, "ağ-yaşıllar" yerli mütəxəssis Ruy Borxesə həvalə olunub.
Məlumatı Lissabon klubunun mətbuat xidməti yayıb.
O, bu postda istefaya göndərilən Joau Pereyranı əvəzləyib. 43 yaşlı çalışdırıcı "Sportinq"ə "Vitoriya"dan gəlib. Borxesin keçidi üçün Gimarayş təmsilçisinə 4 milyon avro ödənilib.
Ruy Borxesin “Sportinq”də debütü dekabrın 29-da Portuqaliya çempionatının lideri "Benfika" ilə matçda reallaşacaq.
Qeyd edək ki, "Sportinq" Portuqaliya çempionatında 37 xalla ikinci sırada qərarlaşıb.