Ajans.az TNS-ə istinadən xəbər verir ki, adıçəkilən tibb müəssisəsində yaralılar üçün palatalar ayrılıb, həkim briqadaları yaradılıb.
Xatırladaq ki, yaralılar Aktau hava limanından xüsusi təyyarə reysi ilə Bakıya yola salınıb.
Yaxın 2 saat ərzində yaralılar Bakıda Heydər Əliyev hava limanında qəbul edilərək Yeni Klinikaya gətiriləcək.
Məlumata görə, yaralıları daşımaq üçün təcili tibbi yardım avtomobilləri və həkim briqadaları hava limanına göndərilib.