Bakı, 26 dekabr, AZƏRTAC
Rumıniyalı tanınmış tennisçi Simona Halep gələn il keçiriləcək Avstraliya Açıq çempionatına iştirak etməyəcək.
AZƏRTAC xəbər verir ki, təcrübəli idmançı səhhətindəki problem səbəbindən turniri buraxacaq. Sosial şəbəkə hesabında paylaşım edən 33 yaşlı raketka ustası diz və çiynindəki ağrılara görə bu qərarı verdiyini açıqlayıb.
Qeyd edək ki, Simona Halep iki dəfə Böyük Dəbilqə turnirinin (“French Open-2018”, “Wimbledon-2019”) qalibi olub.