AZ

Təyyarə qəzasında həyatını itirən bacı-qardaşın evindən VİDEOREPORTAJ – TÜKÜRPƏRDİCİ FAKTLAR

Ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Baş vermiş təyyarə qəzasında iki Qusar sakininin də öldüyü məlum olub. Bizim.Media-nın əməkdaşı rayonun Suduroba kənd sakinləri, bacı-qardaş, 22 yaşlı Əli Mirzəbəy oğlu və 19 yaşlı Xədicə Mirzəbəy qızı Əlimirzəyevlərin yaşadığı evdə olub.

 

Qəzada həyatını itirən bacı-qardaş kənddə tək yaşayırmış. Onların valideynləri də illər əvvəl dünyalarını dəyişib.

 

Qeyd edək ki, Qusar rayon Suduroba kənd icra nümayəndəsi Ənvər Balabəyov bacı-qardaşın ölümü barədə məlumatı qəzada həyatını itirənlərlə bağlı siyahıda öyrənib.

 

Tarix: 26 Dekabr 2024, 18:16   
Seçilən
10
4
pravda.az

4Mənbələr