AZ

Təyyarəmizi vurduğu iddia edilən “Pantsir-S” HHM sistemi necə İŞLƏYİR? - DETALLAR

Xəbər verdiyimiz kimi, caliber redksiyası istintaqın ilkin nəticələrini yayıb. Müəyyən edilib ki, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”na məxsus təyyarə Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən Qroznı şəhərinə yaxınlaşarkən hücuma məruz qalıb.

Təyyarəmizin vurulduğu HHM sistemi neçə işləyir?

Ajans.az-ın verdiyi xəbərə görə, Pantsir-S (rus. Панцирь-С) Rusiya tərəfindən hazırlanmış müasir qısa mənzilli hava hücumundan müdafiə sistemidir. Bu sistem həm raketlərdən, həm də avtomatik toplardan ibarətdir və hava hücumlarına qarşı kompleks müdafiə qabiliyyəti təqdim edir.

Pantsir-S əsasən dronlar, helikopterlər, döyüş təyyarələri, qanadlı raketlər və digər kiçik ölçülü hava hədəflərini məhv etmək üçün nəzərdə tutulmuşdur.

Raketlər: 57E6-E növü yüngül hava müdafiə raketləri istifadə olunur.

Avtomatik Toplar: 30 mm-lik 2A38M avtomatik topları ilə təchiz olunmuşdur. Bu toplar yaxın məsafədə sürətli atəş açma imkanı yaradır.

Pantsir-S sistemi hədəfləri aşkar etmək və izləmək üçün müasir radarlarla təchiz olunub. Radarın təsbit məsafəsi 40 km-ə qədərdir, hədəfə kilidlənmə məsafəsi isə 20 km-ə çatır.

Raketlərin uçuş məsafəsi: 1-20 km.
Hündürlük: 15 metr - 15 km arasında.

Sistemin ən önəmli üstünlüklərindən biri onun mobil olmasıdır. Pantsir-S şassi üzərində quraşdırıldığından istənilən əraziyə sürətlə daşına bilər.

Pantsir-S sistemi Rusiya ilə yanaşı, BƏƏ, Suriya, Əlcəzair və bir neçə digər ölkələr tərəfindən də istifadə olunur. Həmçinin, müxtəlif münaqişələrdə, o cümlədən Suriyada uğurla tətbiq edildiyi bildirilir.

Sistem müasir hava hücumlarından qorunmaq üçün nəzərdə tutulsa da, bəzi hallarda yüksək texnologiyalı dronlar və raketlər qarşısında təsirli olmadığı barədə iddialar var. Qiymətinin yüksək olması onun geniş yayılmasına mane olan əsas səbəblərdən biridir.

Seçilən
24
Ajans.az

1Mənbələr