AZ

Aktauda təyyarə qəzasında həlak olmuş dörd nəfərin nəşi Bakıya gətiriləcək

Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus təyyarədə həlak olan dörd nəfərin nəşi bu gün Bakıya gətiriləcək.

“İki sahil” xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini Adil Abdullayev deyib.

Onun sözlərinə görə, həyatını itirən şəxslərin cənazəsi ölkəyə AZAL-a məxsus təyyarə ilə gətiriləcək.

General-mayor bildirib ki, yaralılardan yeddi nəfəri FHN-nin xüsusi təyyarəsi ilə həkim və peşəkar psixoloqların müşaiyəti ilə Bakıya gətiriliblər və onların müalicəsi paytaxtın tibb müəssisələrində davam etdiriləcək.

Seçilən
4
11
ikisahil.az

10Mənbələr