AZ

Bakıya gətirilən yaralı şəxslərin müalicə və müayinəsinə hazırlıq görülüb - Səhiyyə nazirinin müavini

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə 30-a qədər mütəxəssis, tibb heyəti Aktau şəhərinə göndərildi.

Olaylar.az xəbər verir ki, bu barədə bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini İlqar Qasımov bildirib.

O qeyd edib ki, bu gün 7 nəfər xəsarət alan şəxs Bakıya gətirildi.

"Gün ərzində ikinci təyyarə də gözlənilir, orada da 7 nəfər şəxs olacaq və xəstəxanaya yerləşdiriləcək. Hazırda biz müalicə və müayinəyə hazırıq. Gətirilən şəxslər arasında vəziyyəti orta-ağırlıqda olan şəxslər var. 3 nəfər ağır vəziyyət olan şəxs Aktau şəhərindədir. Onların evakuasiyası məqsədəuyğun deyil. Bütün xəstələr "Yeni Klinika"ya göndəriləcək", - deyə nazir müavini bildirib.

Qeyd edək ki, daha öncə "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində yaralanan 7 Azərbaycan vətəndaşı ölkəyə gətirilib.

Yaralıları gətirən FHN-nin xüsusi təyyarəsi Bakının Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Qəzada xəsarət almış vətəndaşları təyyarədə xüsusi həkim briqadası müşayiət edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
46
3
olaylar.az

4Mənbələr