AZ

Qazaxıstan hakimiyyəti "qara qutu"nun oxunma vaxtını açıqladı

Musavat.com xəbər verir ki, Qazaxıstanın nəqliyyat üzrə vitse-naziri Talqat Lastayev bildirib ki, Aktau şəhərində baş vermiş aviasiya qəzası ilə bağlı "qara qutular"ın deşifrə olunmasına ekspertlərin gəlişindən sonra başlanacaq.

“Beynəlxalq təhqiqat algoritmi mövcuddur. Əvvəlcə komissiya yaradılır və bütün toplanmış məlumatlara əsaslanaraq 'qara qutular'ın deşifrə edilməsi barədə qərar qəbul olunur. Sabah ekspertlər gələcək, onların analizindən sonra deşifrə prosesinin necə aparılacağına dair qərar veriləcək”, – deyə Lastayev qeyd edib.

Musavat.com

Seçilən
12
musavat.com

1Mənbələr