AZ

"Qara qutular" nə zaman və necə deşifrə ediləcək - Açıqlandı

Qazaxıstan Mülki Aviasiya Komitəsinin rəhbəri Talqat Lastaev "qara qutular"ın deşifrə işinin beynəlxalq təhqiqat alqoritmi çərçivəsində aparılacağını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə Aktauda keçirilən brifinq zamanı danışıb.

Şifrənin açılması "Embraer 190" təyyarəsinin istehsalçı ölkəsi olan Braziliyadan mütəxəssislərin gəlişindən sonra başlayacaq.

“Bütün toplanmış məlumatlar əsasında şifrənin açılması proseduru ilə bağlı qərar verən komissiya yaradılır. Sabah Braziliyadan ekspertlər gələcək, ondan sonra onların təhlili başlayacaq”, - Lastaev bildirib.

Mangistau vilayətinin nəqliyyat prokuroru Abılaybek Ordabaev əlavə edib ki, dörd min kvadratmetrdən çox ərazisi olan qəza yeri tam yoxlanılıb. Təyyarənin fraqmentləri toplanılır və ekipaj üzvləri ilə dispetçerlər arasında danışıq yazıları götürülüb.


Müəllif: Arzu
Seçilən
30
teleqraf.com

1Mənbələr