AZ

Təyyarə qəzasında yaralanan vətəndaşlarımız Bakıya gətirildi- FOTO

Image

“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət almış vətəndaşlar Prezident İlham Əliyevin tapşırığına əsasən Aktauya göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) xüsusi təyyarəsi ilə Bakıya gətirilib.

FHN-in mətbuat xidmətindən verilən məlumata görə, yeddi zərərçəkmişi gətirən təyyarə bu dəqiqələrdə Heydər Əliyev Beynəlxalq Aeroportunda enib.

Qəzada xəsarət almış vətəndaşları təyyarədə xüsusi həkim briqadası müşayiət edib.

ZÜMRÜD






Seçilən
43
6
baki-xeber.com

10Mənbələr