AZ

Təyyarə qəzası nəticəsində həlak olan sərnişinlərdən 4 nəfərin cənazəsi və daha 7 yaralı ölkəyə gətirilib - Yenilənib

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan sərnişinlərdən 4 nəfərin cənazəsi və daha 7 yaralı ölkəyə gətirilib...

Poliqon xəbər verir ki, onlar AZAL-ın xüsusi reysi ilə gətirilib.

Qeyd edək ki, 25 dekabr tarixində J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Tayyərənin qəzaya uğraması nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.

Təyyarənin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub.

Dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

***

Qazaxıstanın Aktau şəhərində baş vermiş təyyarə qəzasında həlak olan dörd nəfərin nəşi Bakıya gətiriləcək.

Poliqon xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini Adil Abdullayev deyib.

Onun sözlərinə görə, həlak olan dörd nəfərin nəşi Bakıya AZAL-a məxsus təyyarə ilə gətiriləcək.

Poliqon.info

Seçilən
4
4
poliqon.info

8Mənbələr