AZ

Rusiya Qara dəniz sahillərində neft sızması ilə əlaqədar fövqəladə vəziyyət elan edib

Rusiya Qara dəniz sahillərində neft sızması ilə əlaqədar fövqəladə vəziyyət elan edib

Rusiyada bəzi sahilyanı şəhərlərdə Qara dənizdə fırtına nəticəsində zədələnmiş iki tanker gəmisindən sızan neftin yaratdığı çirklənmə ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.Rusiya Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamada ölkənin Qara dəniz sahillərində neft sızıntılarının səbəb olduğu ətraf mühitin çirklənməsi ilə mübarizənin davam etdiyi bildirilib.Açıqlamada mübarizənin daha effektiv davam etdirilməsi üçün fövqəladə vəziyyət elan edildiyi, bölgəyə daha çox komanda və maliyyə vəsaitinin ayrılacağı bildirilib.Bildirilib ki, dekabrın 15-də Qara dənizin Kerç boğazında fırtına nəticəsində ayrı-ayrı qəzalara düşən Rusiyaya məxsus “Volqoneft-212” və “Volqoneft-239” tanker gəmiləri zədələnib və neft sızması aşkar edilib.Tankerlərdən 4 min ton neft sızdığı təxmin edilərkən, çox sayda məmur və könüllü sızan neftin təmizlənməsi üçün çalışır.Sosial media paylaşımlarında sahil bölgələrindəki şəhərlərdə dəniz səthinin və çimərliklərin neftlə örtüldüyü, bölgədəki çirklənmədən təsirlənən çöl quşlarının xilasetmə işlərinin görüntülərdə əks olunmağa davam etdiyi görülür.

Seçilən
18
26
afn.az

10Mənbələr