AZ

Təyyarə qəzasında yaralanmış naməlum sərnişin 20 yaşlı Azərbaycan vətəndaşı imiş

Qazaxıstanın Aktauda baş verən təyyarə qəzasında şəxsiyyəti müəyyən edilməyən qadının 20 yaşında bir Azərbaycan vətəndaşı olduğu məlum olub.

Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev məlumat verib.

Bozumbayev qeyd edib ki, hazırda Aktau xəstəxanasında 6 yaralı var: “Onlardan 3-ü Qırğızıstan, 3-ü isə Azərbaycan vətəndaşıdır. Həmçinin daha bir nəfər qadının şəxsiyyəti müəyyən edilib. Onun tezliklə sağalacağını ümid edirik”.

Bizim.Media

Seçilən
74
50
bizim.media

10Mənbələr