İsrail aviaşirkəti Azərbaycan təyyarəsinin qəzaya uğramasından sonra Tel-Əvivdən Moskvaya uçuşları dayandırıb.
Hurriyyet.az APA-ya istinadən xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidmətindən "9-cu Kanal"a məlumat verilib.
"Rusiyanın hava məkanında baş verən hadisələrlə əlaqədar olaraq "El-Al" Tel-Əviv — Moskva marşrutu üzrə bütün reysləri dayandırır", — məlumatda deyilir.
Qeyd edilib ki, gələn həftə vəziyyətin yenidən qiymətləndirilməsi aparılacaq, daha sonra uçuşların bərpası barədə qərar qəbul ediləcək və sərnişinlər tezliklə xəbərdar ediləcəklər.
Qeyd edək ki, dekabrın 25-də Qazaxıstanda Bakıdan Qroznıya uçan AZAL-ın sərnişin təyyarəsi qəzaya uğrayıb, nəticədə 38 nəfər ölüb.