AZAL-a məxsus təyyarə qəzasında xəsarət alanlardan növbəti 7 nəfər Yeni Klinikaya yerləşdirilib.
Sfera.az xəbər verir ki, onlar Aktaudan AZAL-ın xüsusi təyyarəsi ilə gətiriliblər.
TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanov bildirib ki, zərərçəkmişlərin müayinə və müalicəsi yüksək səviyyədə təmin edilir: “Məqsədimiz onların tezliklə sağalıb evlərinə qayıtmasıdır. Əvvəllər gətirilən 7 nəfər artıq palataya köçürülüb. Onların vəziyyəti stabildir”.
Qeyd edək ki, FHN-nin amfibiya təyyarəsi ilə gətirilən 7 nəfər yaralı da Yeni Klinikaya yerləşdirilib.