AZ

Təyyarə qəzasında dünyasını dəyişənlərdən biri futbolçu olub

Azərbaycana məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində vəfat edənlər arasında futbolçu da olub.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin göyərtəsində Bakının “Gənclik” klubunda çıxış edən Məhəmmədəli Eqanov da olub. Təəssüf ki, 13 yaşlı futbolçu faciəvi qəzada dünyasını dəyişib.

Allah rəhmət eləsin!

Seçilən
77
3
arena.az

10Mənbələr