“Aktau yaxınlığında qəzaya uğrayan təyyarənin kriminalistik ekspertizasında Rusiya və Azərbaycanın iştirakına icazə verilməyəcək”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Qazaxıstan Baş nazirinin müavini, qəzanı araşdıran xüsusi komissiyanın rəhbəri Kanat Bozumbayev Aktauda keçirdiyi brifinqdə bildirib.
“Qadağaya gəlincə, söhbət məhkəmə-tibbi ekspertizadan gedir. Rusiya və Azərbaycanın hüquq-mühafizə orqanlarına araşdırmanın bu mərhələsində iştirak etməyə icazə verilməyəcək, lakin qəzanın birbaşa araşdırılmasında iştirak edəcəklər.
Bu gündən Rusiya və Azərbaycanın hüquq-mühafizə orqanları bizim əməliyyat-istintaq qrupunun üzvü deyillər və istintaq hərəkətləri həyata keçirmirlər. Bütün bunları Qazaxıstanın istintaq-əməliyyat qrupu - polis və prokurorluq həyata keçirir” , - Bozumbayev bildirib.