AZ

"Yeni Klinika"nın direktor müavini: "Yaralılardan biri reanimasiyaya yerləşdirilib"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Qazaxıstanın Mangistau regional xəstəxanasından Bakıdakı "Yeni Klinika"ya gətirilmiş 14 yaralıdan biri reanimasiyaya yerləşdirilib".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu "Yeni Klinika"nın direktor müavini Eldar Əhmədov bildirib.
Məlumata görə, 14 nəfərdən 13-ü palataya, biri isə reanimasiya şöbəsinə yerləşdirilib.
"Təqribən 3-4 nəfərin vəziyyəti orta ağırdır. Hal-hazırda dəyərləndirmə aparılır. Digərləri isə kafi vəziyyətdədir. Xəstələrin əksəriyyəti 24-48 saatlıq müşahidədən sonra evə buraxıla bilərlər", - direktor müavini vurğulayıb.
O, eyni zamanda, reanimasiyaya yerləşdirilən şəxsin vəziyyətinə də aydınlıq gətirib: "Küt bədən travması, baş-beyin silkələnməsi, döş qəfəsinin küt zədələnməsi olan xəstəmiz var".
Xatırladaq ki, daha əvvəl "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində yaralanan 1-i uşaq olmaqla, 14 zərərçəkən Azərbaycan vətəndaşı Mangistau regional xəstəxanasından çıxarılaraq ölkəyə yola salınmışdı.
Seçilən
46
15
oxu.az

10Mənbələr