AZ

Putin cinayətini gizlətmək üçün ondan kömək istəyəcək

“Kanal 24” Yutub kanalının aparıcısı Oleq Belousov “Monoblog about…” adlı müəllif bloqunda Qazaxıstanda AZAL-ın qəzaya uğranan təyyarəsi ilə bağlı vəziyyəti təhlil edib.

İNFOAZ.WS Kanal 24-ə istinadən xəbər verir ki, aparıcı sərnişin təyyarəsinin Rusiyanın hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu qeyd edir.

“Xüsusən, Rusiya Prezidenti Vladimir Putinin faciəvi olaya qəribə reaksiyası, həmçinin Çeçenistan liderinin qardaşı oğlunun etirafı… Əslində, Putin nəyi gizlətmək istəyir? Təyyarə ilə bağlı nə baş verib? Putin bu cinayəti ört-basdır etmək üçün isterik şəkildə Tokayevdən yardım istəyəcək. Lakin bir nüans var: Xeyli foto və videolar internetdə yayılıb”.

AZAL-a məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. Təyyarədə beşi ekipaj üzvü olmaqla ümumilikdə 67 nəfər (37 Azərbaycan, 16 Rusiya, altı Qazaxıstan və üç Qırğızıstan vətəndaşı) olub. Son məlumatlara görə, faciə nəticəsində 39 nəfər həlak olub, 28 nəfər yaralanıb./AXARAZ

Seçilən
5
3
infoaz.ws

10Mənbələr