AZ

Aviaqəzada yaralananın yaxını: Sağ olduğunu bu gün bildik, vəziyyəti yaxşıdır

Sağ olduğunu bu gün bildik, vəziyyəti yaxşıdır.

“Report” xəbər verir ki, bunu Qazaxıstanın Aktau şəhərinin yaxınlığında baş vermiş təyyarə qəzasında yaralanan Heydər Qədirovun qohumu Gözəlov Bəylər bildirib.

O, yeznəsinin vəziyyətinin yaxşı olduğunu açıqlayıb: “Qəza baş verdiyi gün hadisədən xəbərimiz oldu. Bu gün isə bildik ki, sağdır. Bu gün ölkəyə gətirilib, xəstəxanaya yerləşdirilib. Görüşəcəyik. Vəziyyəti yaxşıdır”.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Seçilən
3
7
musavat.com

8Mənbələr